Şrift:
Milli Qiyamın 12-ci ildönümündə şəhidlərin məzarı başında anım mərasimi keçiriləcək - Sulduzda
16.05.2018 [11:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda baş verən Milli Qiyamın 12-ci ildönümündə Sulduz şəhidləri anılacaq.



Anım mərasimi mayın 25-i, yerli vaxtla saat 17:00-da şəhidlərin məzarı başında keçiriləcək.



Bir müddət əvvəl 2006-cı il may hadisələri (Milli Qiyam – Xordad hadisələri) zamanı şəhid olmuş Hüseyn Fəthipurun qardaşı Kərim Fəthipur bir Səs Faylı yayaraq ailəsinin davamlı olaraq Ettelaat İdarəsi tərəfindən təzyiq altında saxlanıldığını bildirmişdir.



Şəhid qardaşı təkcə Fəthipur ailəsi deyil, həmin hadisədə canlarını fəda etmiş digər şəhidlərin ailəsinə də təzyiq edildiyini bəyan etmişdir.



Xatırladaq ki, bu günlər 2006-cı ilin mayında Güney Azərbaycanda baş vermiş hadisələrin ildönümüdür. İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzetində Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi kütləvi etirazlara səbəb olub. Azərbaycanlılar tərəfindən həyata keçirilən kütləvi aksiyalar qısa müddətdə bütün Güney Azərbaycan şəhərlərini bürüyüb. Bir həftədən artıq davam edən və 1 Xordad (22 May) hərəkatı adı alan aksiyalar zamanı onlarla azərbaycanlı şəhid olub, yüzlərlə insan yaralanıb və çoxsaylı insan həbs olunub.



2006-cı il mayın 25-də Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 soydaşımız təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Bu xəbər oxucular tərəfindən 559 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed