Şrift:
Yollar məndən gəlib-keçər
16.05.2018 [13:50] - Gündəm, DAVAMın yazıları
***************************
Ey yol gəzən,yol arama,
Yollar məndən gəlib-keçər!
Bir salam ver,bir salam al,
Yollar məndən gəlib-keçər!
Bir dənizəm bu dünyada,
Üzən görməz bir qan-qada,
Dünənə də,sabaha da
Yollar məndən gəlib-keçər!
Gül-çiçəkli bağlara da,
Başıqarlı dağlara da,
Həm o,həm bu çağlara da
Yollar məndən gəlib-keçər!
Peşman olmaz,kim istəyə,
Bir düz iman,din istəyə,
Min arzuya,min istəyə
Yollar məndən gəlib-keçər!
Məzahir bir axar çeşmə,
İçib,ondan uzaq düşmə,
Nə dur,nə də yol dəyişmə,
Yollar məndən gəlib-keçər!


Məzahir İsgəndər
Bu xəbər oxucular tərəfindən 335 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed