Şrift:
Alpinistlərin meyiti ailələrinə verildi
17.05.2018 [10:21] - Hadisə
2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxan və geri qayıtmayan alpinistlərin meyiti ailələrinə təhvil verilib.
Bu barədə həlak olmuş alpinist Fəridə Cəbrayılzadənin anası Əsmayə Cəbrayılova məlumat verib.

Qəhərdən danışmaqda çətinlik çəkən Ə.Cəbrayılova bildirib ki, qızı Masallıda dəfn olunacaq:
“Hazırda yol üstəyik, balamı dəfn etməyə gedirik. Evimiz Bakıdadır, amma qohumlar ordadır deyə, Masallıya aparırıq”.

Anası qeyd edib ki, 27 yaşlı Fəridə evin tək övladı olmayıb, bacısı və qardaşı var.

Qeyd edək ki, "Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed