Şrift:
1918-ci il hadisələrini əks etdirən yeni kitab nəşr olundu
17.05.2018 [10:24] - Kitab evi
AMEA Mərkəzi Elmi Kitabxanasına "1918-ci il hadisələri - dünyasını dəyişən Şahidlər. Unudulmayan tarix" adlı yeni kitab daxil olub. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi tərəfindən nəşr edilmiş kitabın müəllifi araşdırmaçı yazar Əkrəm Bəydəmirlidir.

Dörd fəsildən ibarət olan kitabda 1918-ci il hadisələri və ümumilikdə o dövrdə baş verən ictimai-siyasi proseslər təhlil olunub. Kitabda tarixi hadisələr - ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əlaqəli digər məqamlar xronoloji ardıcıllıqla, çoxsaylı mənbələrə istinad etməklə təsvir edilib. Müəllif 1918-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımla bağlı yazılı mənbələrlə yanaşı sözügedən dövr haqqında məlumatı olan, həmin faciəni araşdıran insanlarla, canlı şahidlərlə müsahibələrə də üstünlük verib. Milli yaddaşımızın faciəli tarixi məqamlarını əks etdirən nəşr MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. Azərbaycan dili ilə yanaşı ingilis dilində də nəşr edilmiş kitab geniş oxucu kütləsi, o cümlədən beynəlxalq auditoriya üçün nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 125 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed