Şrift:
AXC-nin 100 illiyinə həsr olunmuş kitablar toplandı
17.05.2018 [10:24] - Gündəm
AMEA Mərkəzi Elmi Kitabxanasına AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi, professor Solmaz Rüstəmova-Tohidinin "Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг.", "Aзербайджанские погромы в Шемахе 1918 год" və "Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" adlı kitabları daxil olub.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) görkəmli simalarından Əlimərdan bəy Topçubaşovun "Paris arxivi sənədləri" əsasında tərtib edilmiş "Aлимардан бек Tопчибашев Aрмянский фактор в Бакинский событиях 1905-1906 и 1918гг." kitabı 1905-1906 və 1918-ci illərdə ermənilərin Azərbaycanlılara qarşı münaqişələrini əks etdirir. "Aзербайджанские погромы в Шемахе 1918 год" monoqrafiyasında isə erməni hərbi birləşmələrinin 1918-ci ilin mart-iyun aylarında Azərbaycan kəndlərində törətdikləri kütləvi qırğınların, yanğın və dağıntıların, miqyası və mənzərəsi təsvir olunub. AXC-nin fövqəladə səfiri və səlahiyyətli naziri olmuş Əlimərdan bəy Topçubaşovun qeydləri əsasında hazırlanmış "Əlimərdan bəy Topçubaşov. İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)" adlı kitab isə AXC-nin tanınması sahəsində Azərbaycan diplomatiyasının ilk addımlarını əks etdirən sənədlərdən bəhs edir.

Hər üç nəşr tarixi əhəmiyyəti baxımdan MEK-in innovativ layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.
Bu xəbər oxucular tərəfindən 982 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed