Şrift:
Azərbaycanlı orta məktəb şagirdləri “Sayın qala”nın Keşavərz şəhərində sərgi keçiriblər
18.05.2018 [10:45] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda “Sayın qala”nın Keşavərz şəhərində “ana dili”ndə sərgi keçirilib.



Qızlara məxsus orta məktəbin şagirdləri tərəfindən keçirilən sərgidə Azərbaycanın dil və adət-ənənəsini əks etdirən müxtəlif material və məhsullar nümayiş etdirilib.



Sərgidə həmçinin Azərbaycan tükcəsində bir çox kitablar sərgilənib, divarlara türk dilinin tarixini əks etdirən görüntülər və yazılar asılıb.



Sərgidə qız şagirdlərının əl işləri də nümayiş olunub. Əl işləri sırasına yerli geyim, quru meyvə, kənd təsərrüfatı məhsulları və s. kimi məhsullar daxildir.

Təqdim olunan məhsulların hamısı məktəb şagirdləri və onların müəllimləri tərəfindən hazırlanıb.



“Sayın qala” Qərbi Azərbaycan Əyalətində yerləşir. Bu qədimi şəhər hər zaman xalçaçılıq, oyma və toxuculuq işləri ilə məşhur olub.
Bu xəbər oxucular tərəfindən 58 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed