Şrift:
Bu Dövlətin və bu Millətin Sənə ehtiyacı var,yalnız Sənə! Eşidirsənmi?
18.05.2018 [10:57] - Gündəm, DAVAMın yazıları
Ə z ə m i - T U R A N A g e d ə k
*********************************
Yetiş,ey türk oğlu,sən! Yetiş də gəl,min Qıratı!
Od geyib,bir nərə çək,sussun ağı,həm bayatı,
Apar!..Ardınca apar haqq səmtə sən el-elatı,
Qurtarıb üzqaradan,bir üzüağ ana gedək,
Bizi,biz eyləyəcək əzəmi-TURANA gegək!
Yetiş,ey türk oğlu,sən! Gör,necə də əzilmişik?!
Bölünüb,parələnib,min doğranıb,kəsilmişik,
Göz dikib yollarına,heydi səni gözləmişik,
Gəl!..Yetir sən özünü!..Bir olan zamana gedək,
Bizi,biz eyləyəcək əzəmi-TURANA gedək!
Doğranıb,qıymalanıb, "bəs" demədi millətimiz,
Günbəgün artdı da hey dərd-qəmimiz,zillətimiz,
Yan yatıb,zarı qalıb,bilinmədi illətimiz,
Gəl ki biz dərdə deyil,dərdlərə dərmana gedək,
Bizi,biz eyləyəcək əzəmi-TURANA gedək!
Sığınıb dar qəfəsə,hey daraldı sədlərimiz,
Uçulub ŞAN QALAMIZ,nə qalmadı bəndlərimiz,
Od tutub,yağmalanıb,oldu viran kəndlərimiz,
Gəl!..Hərə bir yana deyil,verdiyin fərmana
gedək,
Bizi,biz eyləyəcək əzəmi-TURANA gedək!
Yandı dil,yandı dodaq,durmadı ah-fəryadımız,
Nə durub bu qəflətdən,nə olmadı imdadımız,
Hanı o TÜRK adımız,o olan TÜRK inadımız?
Gəl!..Nəsib olmaya ki bundan da yamana
gedək,
Bizi,biz eyləyəcək əzəmi-TURANA gedək!
Dada kim dadımızı,gör,nə gözəl daddı,dedi,
Gahi rus,gah da ki fars,gah da ki avropa yedi,
Rəhm edə Tanrı bizə,olmaya bundan da bədi,
Gəl ki biz şərə deyil,şöleyi-imana gedək,
Bizi,biz eyləyəcək əzəmi-TİRANA gedək!
Yetiş,ey türk oğlu,sən!..Qıyma yanaq odlara biz,
Bel sına,baş əyilə,möhtac olaq yadlara biz,
Gəl!..Qalaq altta deyil,lap çıxaq üst qatlara biz,
Daha şeytana deyil,yol tutub,rəhmana gedək,
Bizi,biz eyləyəcək əzəmi-Turana gedək!

Məzahir İsgəndər
Bu xəbər oxucular tərəfindən 152 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed