Şrift:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi İllinoys ştatında qeyd edilib
21.05.2018 [10:14] - Gündəm
ABŞ-ın İllinoys ştatında Azərbaycan Demokratik Respublikasının 100 illiyi ilə bağlı təntənəli tədbir keçirilib. Amerika Azərbaycanlıları Cəmiyyəti tərəfindən təşkil edilən tədbirdə İllinoys ştatının müxtəlif şəhərlərindən və ölkənin digər əyalətlərindən gəlmiş 200-dən çox qonaq iştirak edib.

Tədbir zamanı bir çox fəal icma üzvləri və amerikalı dövlət rəsmiləri, alimlər təbrik nitqləri ilə çıxış ediblər. Çıxışlarda Skoki yaşayış məntəqəsinin meri Corc Van Dusen, Türkiyənin Çikaqodakı konsulu Umut Acar, Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Azərbaycan diasporunun fəal üzvləri Tomris Azəri, Adil Bağırov, professor Nasiman Yaqublu, professor Harri Lepinske və digər qonaqlar Azərbaycan haqda xatirələrini və təbriklərini səsləndiriblər. Tədbirə qatıla bilməyən Amerika Birləşmiş Ştatları Dəniz Qüvvələrinin komandiri vəzifəsində çalışan Naimi Əmiral və digərlərinin təbrik məktubları da oxunub. Gecənin musiqili hissəsini canlandıran Azərbaycanın tanınmış tar ustadı professor Ramiz Quliyev, Lalə Məmmədova, Nuriyyə Hüseynova, Çinarə Məlikzadə və pianist Etibar Əsədli unudulmaz ifalarını qonaqlara bəxş ediblər. Tədbir iştirakçılarına təşkilatçılar tərəfindən xüsusi olaraq hazırlanmış, Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş hədiyyələr təqdim edilib.

Yusif Babanlı
Bu xəbər oxucular tərəfindən 549 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed