Şrift:
Salyandakı sort-sınaq məntəqəsində 19 növ pambıq sortu becərilir
22.05.2018 [10:24] - Gündəm, İqtisadiyyat
Salyanda yaradılan Dövlət sort-sınaq məntəqəsində bu il 15 hektar sahədə 19 növ yüksək reproduksiyalı pambıq növü becərilir ki, bunun da 16 növü yerli, 3-ü isə Türkiyədən gətirilmiş sortlardır.

Xeyli vaxtdır ki, məntəqənin əkin sahələrində səpin başa çatdırılıb və becərmə işləri aparılır.

Sort-sınaq məntəqəsinin müdiri Balaeyvaz Hüseynov bildirib ki, səpin aparılan 15 hektar sahənin bir hektarı sınaqda olan sortlardır. Qalanı isə Türkiyədən gətirilmiş “Kamizon” sortudur. Hər il olduğu kimi bu il də səpin işləri vaxtında başa çatdırılıb.

Mütəxəssislərin dediyinə görə yetişdirilmiş pambıq sortlarının hər birindən nümunələr götürülərək laboratoriya şəraitində yoxlanılır. Yoxlama zamanı daha çox lif keyfiyyəti, toxum çıxımı və s. göstəricilər aydınlaşdırılır, sonra dövlət reysterinə salınaraq onun toxumçuluğu təşkil olunur.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed