Şrift:
İranın Ali Lideri nüvə razılaşmasını qorumaq üçün Avropaya yeddi şərt irəli sürüb
24.05.2018 [10:11] - Siyasət
İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planının Avropa ölkələri ilə icrasının davam etdirilməsi üçün avropalı liderlərə 7 şərt irəli sürüb.

O bildirib ki, şərtlər yerinə yetirilsə, İran nüvə proqramı üzrə razılaşmada qalmağa hazırdır.

“Ötən iki il ərzində ABŞ dəfələrlə nüvə sazişini pozub və Avropalılar sakit qalıb. Avropa həmin sükutu pozmalı və kompensasiya etməlidir.

Üç Avropa ölkəsi 2004-2005-ci illərdə nüvə müzakirələrində öhdəliklərindən boyun qaçırdı və yerinə yetirmədi. Bu gün onlar boyun qaçırmanı və sədaqətsizliklərini yenidən etməyəcəklərini sübut etməlidirlər", deyə o bildirib.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed