Şrift:
Ukraynanın Çerkası şəhərində silahlı şəxslər siyasi partiya binasını zəbt ediblər
25.05.2018 [10:40] - Gündəm, Hadisə
Ukraynanın Çerkası şəhərində naməlum silahlı şəxslər yerli siyasi partiyanın binasını zəbt ediblər.

Qumbara və tapança ilə silahlanmış iki nəfər binanı partladacaqları ilə hədələyiblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının operativ qrupu, təcili yardım briqadası gəlib. Binada atışma səsləri eşidilib.

Yerli mətbuatın məlumatına görə, atışma zamanı bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

Ölən şəxsin Çerkası Vilayət Şurasının deputatı Sergey Quranın olduğu bildirilir.
Bu xəbər oxucular tərəfindən 418 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed