Şrift:
Gənc Tamaşaçılar Teatrının səhnəsində “Kimdir müqəssir?!”
25.05.2018 [10:47] - Xəbərlər, Afişa
İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.

İdarədən bildiriblər ki, rejissor E. Zeynallının quruluş verdiyi tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.
Bu xəbər oxucular tərəfindən 894 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed