Şrift:
Türkiyә Silahlı Qüvvәlәri PKK-nın 6 hәdәfini mәhv etdi
25.05.2018 [11:47] - Xəbərlər, Hərb
Bu barәdә Türkiyә Silahlı Qüvvәlәrinin Baş Qәrargahından verilәn mәlumatda bildirilib.

TRT xəbər verir ki, Baş Qәrargahın yaydığı məlumata görə, İraqın şimalında yerlәşәn Hakurk bölgәsinә endirilәn zәrbәlәr nәticәsindә terror tәşkilatı PKK-ya mәxsus 6 hәdәf mәhv edilib.

Әmәliyyat nәticәsindә terror tәşkilatına ağır zәrbәlәr endirildiyi vurğulanıb.

Bu arada Türkiyənin Hakkari bölgəsinin Şemdilli rayonunda partlayış baş verib. Hadisə hərbi karvanın keçidi zamanı PKK terrorçularının yola yerləşdirdiyi partlayıcıların işə düşməsi nəticəsində baş verib.

Partlayış nəticəsində iki əsgər şəhid olub, üç nəfər yaralanıb. Yaralılar Şemdilli Dövlət Xəstəxanasına çatdırılıb.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed