Şrift:
“Azərbaycan – Azərbaycan” sədaları stadionu titrətdi – Sənəndəcdə / VİDEO
25.05.2018 [11:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sənəndəc (Sınandaş) Universitetinin türk öyrənciləri qatıldıqları bir futzal yarışında doğma vətənlərinin adını hər kəsə duyurublar.

Məlumata görə, universitetin türk öyrənciləri “Azərbaycan” adlı komanda ilə təhsil müəssisəsinin daxili yarışlarına qatılaraq doğma Azərbaycanı layiqincə təmsil etməyə çalışırlar.

Aşağıdakı videoda göründüyü kimi, öyrəncilər sevimli komandalarına “Azərbaycan – Azərbaycan” sədaları ilə dəstək verirlər.



“Azərbaycan” komandasının oyunçuları “Traxtur” komandasından ilham alaraq qırmızı geyinirlər, oyunda tamaşaçı qismində iştirak edən türk öyrəncilərinin bir çoxu isə “Traxtur” köynəyi geyinərək stadiona gəlir.

Hazırda Kürdistan Əyalətinin mərkəzi olan Sənəndəc Güney Azərbaycanın qərb tərəfində yerləşir, bu şəhərin hələ də bir çox kəndində türklər yaşayır.
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed