Şrift:
Kəleybərli oğlan bütün ailə üzvlərini yandırıb: 3 ölü, 1 yaralı – RƏSMİ MƏLUMAT
25.05.2018 [11:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda iqtisadi vəziyyət gərginləşdikcə məişət zəminində baş verən cinayət hadisələri də artır. Cəmiyyətdə fərdi və ictimai azadlıqların məhdud olması da insanların bir-biri ilə münasibətinə mənfi təsir edir.

Bu dəfə Kəleybər şəhərinin kəndlərinin birində dəhşətli ailə dramı yaşanıb. Ötən günlərdə mətbuatda bu barədə zidiyyətli xəbərlər yayılıb, lakin Kəleybər prokuroru hadisə ilə bağlı dınışaraq bütün şayiələrə son qoyub.

Məlumata görə, iki həftə əvvəl Kəleybərdə irs bölgüsü ilə əlaqədar ailə içində yaranan ixtilaf dəhşətli faciə ilə nəticələnib. Həmin ixtilafa görə, ailənin oğlu doğma ata, ana və bacısını yandırıb. Oğlanın ata və anası hadisə baş verdiyi gün, ağır yaralanan bacısı isə mayın 24-də həlak olub. Dəhşətli cinayət törədən oğlanın özünün də ağır bədən xəsarəti aldığı bildirilir.

Hadisə Kəleybərdə idarələrinin birinin qarşısında baş verib.

Xəbərin təfərrüatı Kəleybər prokuror Ruhanizadə tərəfindən təsdiqlənib. O hadisənin ailə münaqişəsi zəminində baş verdiyini bildirib.

Sözügedən ailə Şərqi Azərbaycanda yerləşən Kəleybər şəhərinin Şükrəli kəndinin sakinləri olub.
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed