Şrift:
Əli Əkbər Salehi: “”Altılıq” İranla razılığa gəlməsə, qarşıdurma qaçılmazdır”
03.07.2012 [14:44] - Siyasət
“Bu gün İstanbulda İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində keçiriləcək müzakirələrdə qarşı tərəfin Tehranla razılaşmaqdan başqa çarəsi yoxdur”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu bəyanatla İranın xarici işlər naziri Əli Əkbər Salehi çıxış edib.

Onun sözlərinə görə, əks təqdirdə növbəti seçim qarşıdurmadır, ancaq bölgədə yaşanan hadisələri nəzərə alan və ağılla hərəkət edən heç bir qüvvə bunu istəməz. Ə. Salehi deyib ki, İstanbul müzakirələri iyunun 18-19-da tərəflər arasında Moskvada əldə olunmuş razılaşmaya uyğun olaraq keçiriləcək: “Bu yığıncaqda iki tərəfdən texniki, hüquq və siyasi ekspertlər bir araya gələrək bəzi texniki detallar haqqında fikir mübadiləsi aparacaqlar. Nəticə isə İranla “altılıq” ölkələrinin nümayəndələrinə, köməkçilərinə bildiriləcək”.

Nazir vurğulayıb ki, İranın nüvə proqramı ətrafında yaranmış problem Tehranın xeyrinə həll olunacaq: “İranın nüvə texnologiyası sahəsindəki inkişafı böyük bir uğurdur. Bu baxımdan siyasi müstəvidə bu problem müsbət həll olunacaq. İran öz haqları və milli suverenliyini qorumaqdan vaz keçməyəcək”.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed