Şrift:
Tütün bədxassəli şişlərin yaranmasına gətirib çıxarır
01.06.2018 [10:40] - Gündəm, Sağlıq
Nikotin zəhərli təsiri ilə yanaşı, həm də insanlarda güclü asılılıq yaradır. Gənclər nikotindən asılılığa daha həssasdırlar.

Bu fikirlər Astara şəhərindəki Gənclər evində 31 May-Ümumdünya Tütünlə Mübarizə Gününə həsr olunmuş tədbirdə səcləndirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Elşad Axundov, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev tütünün zərərli tərkibi, tənəffüs, həzm, ürək-damar və sinir sisteminə, reproduktiv sağlamlığa təsiri, siqaretçəkmənin fəsadları barədə danışıblar.

Qeyd olunub ki, tütünün tərkibində nikotindən başqa insan orqanizmi üçün başqa təhlükəli sayılan 7000-nə qədər toksiki-kimyəvi maddə var. Bunlardan 19-u güclü kanserogen təsirə malik olub bədxassəli şişlərin yaranmasına səbəb olur.

Diqqətə çatdırılıb ki, dünyada hər gün 4000 gənc ilk dəfə siqaret çəkir. Bu ildə 1,5 milyon gənc deməkdir.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bu xəbər oxucular tərəfindən 530 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed