Şrift:
Bakı Metrosunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar maraqlı aksiya təşkil edilib
01.06.2018 [10:44] - Xəbərlər, Gənclik
"Bakı Metropoliteni" QSC 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü özünə məxsus şəkildə qeyd edir.

Qatar metro stansiyaların platformasına yaxınlaşan və platformadan hərəkət edən zaman qatarın getdiyi istiqamət barədə məlumatlandırıcı səs hər iki dildə (Azərbaycan dili və İngilis dili) uşaq səsi ilə səsləndirilir. Təşkil edilən bu maraqlı aksiya sərnişinlərin üzündə təbəssümə səbəb olub və xoş əhval bəxş edib. Həmçinin metronun stansiyalarında, eskalatorda enib-qalxarkən metronun qaydaları və təhlükəsizlik barədə eşidilən elan da uşaqların dili ilə səsləndirilir.

Bundan əlavə metro stansiyaların elektron lövhələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan yazılar da nümayiş etdirilir.
Bu xəbər oxucular tərəfindən 43 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed