Şrift:
Çimərliklərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb
02.06.2018 [10:07] - Gündəm, Sosial
Xəzər dənizinin və sahilyanı ərazilərdə aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Mirsəlam Qənbərov mətbuat konfransında bildirib ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan ərazilərdə müvafiq standartlara cavab verən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırıb.

"Xəzər sahil zolağında aparılan monitorinqlərin nəticələri bunu deməyə əsas verir ki, Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında, "Amburan" çimərliyində, eləcə də Novxanı və Corat bağları sahil zolağında olan çimərlik sahələri yay mövsümü ilə əlaqədar hazırda çimərlik kimi istifadəyə yararlıdır və normalara uyğundur", deyə o vurğulayıb.

M.Qənbərov bildiri­b ki, Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsində "Sahil" və Səbail rayonunun "Şıx" çimərliklərində aparılmış monitorinqlərin nəticələrinə görə, zərərli maddələrin miqdarı normadan artıq olduğu müəyyən edilib: "Bu səbəbdən də qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil. Hazırda Xəzər dənizi sahilində zolağı və çimərlik ərazilərində ardıcıl və davamlı monitorinq işləri davam etdirilir".
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed