Şrift:
“Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” kitabı çap olunub
02.06.2018 [10:26] - Xəbərlər, Kitab evi
"Qanun" nəşriyyatında tarixçi-jurnalist, BDU-nun müəllimi Nəsiman Yaqublunun müəllifi olduğu "Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası" kitabı çap olunub.

1920-1991-ci illəri əhatə edən araşdırmaların əks olunduğu kitabda Azərbaycanda mövcud olmuş gizli təşkilatlar, dissidentlər, "samizdat"lar haqqında arxiv materialları öz əksini tapıb, maraqlı məlumatlar verilib.

Müəllif kitabda bəzi arxiv sənədləri və materialları əldə etmək üçün bir sıra ölkələrdə yaşayan insanlarla görüşüb. Kitabda Türkiyə, Rusiya, Almaniya, Polşa, Fransa, Qazaxıstan və ABŞ - dan əldə olunan sənədlər öz əksini tapıb.

"Azərbaycan Milli azadlıq Hərəkatı Ensiklopediyası" kitabında tarixi romanlar müəllifi, yazıçı - publisist Yunus Oğuzun şəxsi arxivindən yer alan Azərbaycanla bağlı bəzi sənədlərdən də istifadə olunub və onun haqqında ayrıca bölmə verilib.
Bu xəbər oxucular tərəfindən 219 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed