Şrift:
Bakıda Azərbaycan-Aİ biznes forumu işə başlayıb
05.06.2018 [10:27] - İqtisadiyyat
Bakıda Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında biznes forum işə başlayıb.

Tədbir Aİ-nin Azərbaycandakı nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) tərəfindən təşkil olunub.

Forumda AHK-nın icraçı direktoru Tobias Bauman, Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas, Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və digər rəsmi şəxslər çıxış edəcəklər.

Sonra panellər çərçivəsində müzakirələr aparılacaq, eləcə də Azərbaycan və Avropa şirkətlərinin nümayəndələri arasında B2B görüşləri təşkil olunacaq.
Bu xəbər oxucular tərəfindən 455 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed