Şrift:
ABŞ İranı uranı zənginləşdirməməyə çağırıb
06.06.2018 [10:32] - Güney Azərbaycan xəbərləri
Birləşmiş Ştatlar İranı uranın zənginləşdirilməsini dayandırmağa və plutonium emalı ilə məşğul olmamağa çağırıb.

Bunu çərşənbə axşamı Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Hizer Noyert jurnalistlər üçün müntəzəm brifinq zamanı deyib.

"Biz bu barədə məlumatı görmüşük... İran uranın zənginləşdirilməsini dayandırmalıdır və plutonium emalı ilə məşğul olmamalıdır. İranın nüvə silahı yaratmaq imkanları olmamalıdır", - deyə Noyert bildirib.

Diplomat qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (International Atomic Energy Agency — IAEA) İran tərəfindən belə bir hal olacağı təqdirdə, bu barədə BMT-yə məlumat verməlidir.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed