Şrift:
Polşadan Dağlıq Qarabağa qanunsuz turist səfərinin qarşısı alınıb
06.06.2018 [10:40] - Xəbərlər, Diaspor
Polşada Azərbaycanlı Gənclər Şurası (PAGŞ) və onun nəzdnində fəaliyyət göstərən Varşava Azərbaycanlılar Birliyi (VAB), Vroçlav Azərbaycanlıları Birliyi (VAB), Katoviçe Azərbaycanlılar Birliyi (KAB) və Lodz Azərbaycanlılar Birliyi Polşada fəaliyyət göstərən “Adventure Club Radoslaw Kasprzak” turizm şirkətinin Dağlıq Qarabağa təşkil etdiyi turist səfərinə ciddi etiraz edib.



Diasporla iş üzrə Dövlət Komitəsindən verilnə məlumata görə, nəticədə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə təşkil edilən qeyri-qanuni səfər təxirə salınıb. Problemin aradan qaldırılmasında Azərbaycanın Polşadakı səfirliyinin böyük rolu olub.


Bu barədə aşıqlama verən PAGŞ-ın nümayəndələri bildiriblər ki, Polşada yaşayan azərbaycanlılar bu məsələdə çox böyük həmrəylik göstərdilər: "Bundan sonra da yolumuza əmin addımlarla davam edib, Polşa ictimaiyyətinə tarixi həqiqətləri çatdıracağıq".


Qeyd edək ki, “Adventure Club Radoslaw Kasprzak” şirkəti Azərbaycan Respublikasının Polşadakı Səfirliyinə Dağlıq Qarabağa nəzərdə tutulan səfərlərin ləğvinə dair rəsmi məlumat verib.
Bu xəbər oxucular tərəfindən 1598 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed