Şrift:
Kollegiya sədri: "Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb"
06.06.2018 [10:57] - Hüquq
"Dövlət hesabına hüquqi yardımın məbləği 3 dəfə artırılıb".
Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov “Vəkilliyin "Elektron Məhkəmə" İnformasiya Sisteminə inteqrasiyası” mövzusunda keçirilən konfransda deyib.
O qeyd edib ki, əvvəllər dövlət hesabına hüquqi yardımın məbləği az idi: "Bu məsələ də vəkilləri narahat edirdi. Nazirlər Kabinetinin qərarı ilə həmin məbləğ 3 dəfə artırılıb. Bu da vəkillər tərəfindən alqışlanıb".
A.Bağırov bildirib ki, VK-nın məqsədi vəkillik institutunun inkişafıdır: "Çalışırıq ki, vəkillik institutunun inkişafına mane olan problemlər aradan qaldırılsın".
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed