Şrift:
Qazaxıstan Milli Muzeynin əsərləri Azərbaycanda
06.06.2018 [11:01] - Türk dünyası-Turan
Milli Azərbaycan Tarixi Muzeyində Qazaxıstan Respublikasının Milli Muzeyi ilə birgə "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisi keçirilir.

Sərgi "Qızıl adamın dünya muzeylərinə səyahəti" beynəlxalq sərgilər layihəsi çərçivəsində təşkil edilib. Muzeyin möhtəşəm Şərq zalında təşkil olunan sərginin baş eksponatı 1969-cu ildə Qazaxıstanın tanınmış arxeoloqu Kamal Akişevin rəhbərlik etdiyi ekspedisiyanın Almatı şəhərindən şərqə doğru 50 km. aralıdakı İssıq kurqanında aşkarlanan "Qızıl adam"dır. Hazırda dünyada məşhurlaşan "Qızıl adam" Qazaxıstan Respublikasının rəmzinə çevrilmişdir. Buraya XIX əsr - XX əsrin ortalarına aid 170-dən çox zərgərlik məmulatı daxildir. "Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri" sərgisi 2018-ci il iyulun 1-dək nümayiş etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 464 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed