Şrift:
Təbriz Şəhər Şurasının üzvü: Bizim millət vəkilləri Azərbaycanı düşünmür
06.06.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz Şəhər Şurasında ötən günlərdə keçirilən iclasın video görüntüsü yayılıb, videoda azərbaycanlı millət vəkillərinin sərt tənqid olunduğu görünür.

Təbriz Şəhər Şurasının üzvü Məhərrəm Məhəmmədzadə Təbrizin inkişafdan geri qalmasının əsas səbəbini şəhərin millət vəkillərinin məsuliyyətsizliyi ilə əlaqələndirib.

Təbriz Bələdiyyə İdarəsi və Şəhər Şurasının maliyyə sıxıntılarına işarə edən M.Məhəmmədzadə Təbrizdə ən önəmli projelərə büdcə vəsaiti ayrılmadığını diqqətə çatdıraraq millət vəkillərini bu məsələlərə laqeyd yanaşmaqda günahlandırıb.

“Millət vəkilləri müxtəlif mərasimlərdə birinci sırada otururlar. Lakin onlar Şəhər Şurasının iclasına qatılmır. Millət vəkilləri nə üçün şəhərin problemlərinə bu qədər laqeyd yanaşmalıdır?!”- deyə Şura üzvü vurğulayıb.

M.Məhəmmədzadənin çıxışını aşağıdakı videodan olduğu kimi izləyə bilərsiniz:
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed