Şrift:
Urmiyənin millət vəkili Xudafərin körpüsünə gedərək Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını qınayıb
06.06.2018 [11:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Urmiyə şəhərinin iran parlamentindəki millət vəkili Nadir Qazipur Araz çayı kənarında yerləşən Xudafərin kəndində olub.

Tarixi Xudafərin körpüsünün (Həsrət körpüsü) yanında şəkil çəkdirən N.Qazipur Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında saxlanılmasını pisləyib.

O Xudafərinə səfəri ilə bağlı mayın 5-də İnstaqram səhifəsində şəkil və məlumat paylaşıb.

“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsüdür. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”- deyə o öz səhifəsində yazıb.

Urmiyənin millət vəkilinin bu hərəkəti azərbaycanlı sosial şəbəkə istifadəçiləri tərəfindən alqışlanıb.

Xudafərin körpüsü Azərbaycanın Qarabağ və Qaradağ bölgələri arasında Araz çayı üzərində tikilib, bu bölgənin şimal tərəfi hazırda Ermənistan dövlətinin işğalı altındadır.
Urmiyənin millət vəkili Xudafərin körpüsünə gedərək Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını qınayıb
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed