Şrift:
Keniyada İsrail vətəndaşlarına terror cəhdi ilə əlaqədar 2 iranlı həbs olunub
04.07.2012 [11:40] - Siyasət
srailin baş naziri: “İranın Azərbaycan, Tiflis, Banqkok və Nyu-Dehlidən sonra indi də Afrikada terror həyata keçirmək niyyəti üzə çıxıb”

“Associated Press” agentliyinin verdiyi məlumata görə, Əhməd Əbülfəti Məhəmməd və Səid Mansur Musəvi ötən ay yaxalanıb. Onların üzərində 15 kq partlayıcı maddə aşkarlanıb. Partlayıcıların gücü iri bir binanı dağıtmaq üçün yetərli imiş.

İsrailin baş naziri Benyamin Netanyahu fakta münasibət bildirib: “İran terroru sərhəd tanımır. İran Amerika torpağında Səudiyyə Ərəbistanı səfirini öldürmək üçün adam göndərdikdən və Azərbaycanda, Tiflisdə, Banqkok və Nyu-Dehlidə hücumlar həyata keçirmək cəhdindən sonra indi də Afrikada terror həyata keçirmək niyyətləri üzə çıxıb. Beynəlxalq ictimaiyyət dünyada terrorun ən böyük ixracatçısı olan bu ölkə ilə mübarizə aparmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1038 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed