Şrift:
Təbriz Məhkəməsi ədalətsizliyə qarşı keçirilən aksiyalarda tutulanlardan 4-nə həbs cəzası verib – Hökmün təsviri
07.06.2018 [10:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə ədalətsizliyə qarşı keçirilən aksiyalarda (İranda “Dey ayı” aksiyaları adlanır) tutulanlardan 4-ü həbs cəzasına məhkum edilib.

Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsinin hökmünə əsasən aksiya iştirakçılarından 3-ü 7, 1-i isə 5 ay həbs cəzasına məhkum edilib. Hökm Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.

“Herana” xəbər agentliyinin yaydığı məlumata görə, Siddiq Əlibəyli Zahid, Rza Fərroxi, Əmir Səttari Ruf və Məhəmməd İmami Mayan kütləvi şəkildə mühakimə edilib, onlar sözdə milli təhlükəsizliyə qarşı sözləşmə və toplaşma ittihamı ilə üzləşib.

Rza Fərroxi, Əmir Səttari Ruf və Siddiq Əlibəyli Zahidin 7 ay və Məhəmməd İmami Mayanın 5 ay azadlıqdan məhrum edildiyi bildirilir.

Adları çəkilən soydaşlarımız aprelin 30-da Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində mühakimə edilib.

Həmin şəxslər yanvarın 1-də Təbrizdə keçirilən etiraz aksiyaları zamanı güc tətbiq edilərək təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, zindanda 25 gün saxlandıqdan sonra 100 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıblar. Onaların müvəqqəti saxlandıqları müddətdə ruhi və cismi işgəngəyə məruz qaldıqları bildirilir.

2017-ci il dekabrın 29-da Məşhədə başlayan etirazlar bir neçə gün ərzində 100-dən çox şəhəri bürüdü. Təhlükəsizlik qüvvələrinin silahlı hücumuna məruz qalan aksiyalarda azı 25 nəfər öldürüldü, təxminən 5 min nəfər saxlanıldı. Saxlanılan etirazçılardan bir neçəsi həbsxanalarda işgəncələr altında həlak olmuşdur.

Məhkəmənin hökmü:
Təbriz Məhkəməsi ədalətsizliyə qarşı keçirilən aksiyalarda tutulanlardan 4-nə həbs cəzası verib – Hökmün təsviri
Bu xəbər oxucular tərəfindən 430 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed