Şrift:
“Traxtur” klubu oyunçu transferi haqda bəyanat yaydı
07.06.2018 [10:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu komandanın oyunçu transferi ilə bağlı klubun rəsmi mətbuat orqanları tərəfindən xəbər yayılacağını diqqətə çatdıraraq komanda tərəfdarlarını şayiələrə inanmamağa çağırıb.

Klub bu barədə bəyanat yayaraq son vaxtlar oyunçu transferi ilə bağlı müxtəlif mətbuat orqanlarında yayılan əsassız xəbərləri təkzib edib.

““Traxtur” klubu elan edir ki, klubun mətbuat orqanı rəsmi sayt, həmçinin kluba aid Teleqram kanalı və İnstaqram səhifəsidir. Digər kütləvi informasiya vasitələrində oyunçu transferi ilə bağlı yayılan məlumatlar doğru deyil, klub bu xəbərləri təkzib edir.

Klub bütün kütləvi informasiya vasitələrindən xahiş edir ki, oyunçi transferi ilə əlaqədar xəbərləri klubun rəsmi saytından öyrənsinlər və bu barədə yanlış məlumatlar dərc etməsinlər”- deyə bəyanatda qeyd olunub.

Bəyanatın sonunda komanda tərəfdarları və mətbuat orqanlarının nümayəndələrinə klubun xəbərləri ilə maraqlandıqları üçün təşəkkür edilib.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed