Şrift:
Azərbaycan Milli Hərəkatı fəallarından bir qrupu ustad Həsən Dəmirçi haqqında bəyanat yayıb
07.06.2018 [10:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Milli Hərəkatı fəallarından bir qrupu tanınmış milli-mədəni fəal, musiqi ustadı Həsən Dəmirçinin sağlamlıq durumu haqda bəyanat yayıb.

Bəyanatda bildirilir:
“İyunun 3-də Həsən Dəmirçinin (Həsən Azərbaycan) “Ali Nəsəb” Xəstəxanasına yerləşdirilməsi və onun səhhətinin ağırlaşması ilə bağlı xəbər yayıldıqdan sonra Təbrizdə Azərbaycan Milli Hərəkatı fəallarından ibarət faktaraşdırıcı bir qrup təşkil olundu. Həmin qrup xəstəxana, tibbi personaj və cənab Dəmirçinin xəstəxanaya yerləşdirilməsi işləri ilə əlaqəli olan şəxslər və s. haqda araşdırma aparmağa başladı.

Araşdırmaların nəticəsi qısa olaraq Azərbaycan milləti və milli-mədəni fəalların diqqətinə çatdırılır:
1) Bundan əvvəl Azərbaycanın tanınmış fəallarının (mühəndis Əmani, Rza Qəffari, Murtaza Nəbizadə) xəstəxana və tibbi mərkəzlərə yerləşdirilməsi əksərən onların şəhid olması ilə nəticələnib. Həmçinin ustad Həsən Dəmirçinin fəalların ölkə xəstəxanalarında müalicə almaması ilə bağlı təkidlərini də nəzərə alanda, belə bir sual ortaya çıxır ki, acaba onun ölkə xəstəxanalarına yerləşdirilməsi məsləhətdir?

2) Ölkə və bölgənin indiki həssas vəziyyəti və son kütləvi etirazlardan (İranda “Dey ayı” adlanan etirazlar nəzərdə tutulur) sonra, həmçinin dərvişlərin mənəvi rəhbərinin ev dustağı edilməsi, Əl-Əhvazda ərəb rəhbərlərinin fiziki olaraq sıradan çıxarılması və Sistan-Bəluçistanda Moləvi Əbdulhəmidin sıradan çıxarılmasına edilən cəhdlərdən sonra, indi də Azərbaycan Milli Hərəkatının mənəvi atası ustad Həsən Dəmirçinin sıradan çıxarılması vaxtı çatıb?

3) Cənab Dəmirçini müalicə edən həkimlər onu qəsdən 24 saat ərzində 2 dəfə bihuş ediblər. Bu onun komaya düşməsinə səbəb olub. Həkimlər bunun düzgün olmadığını bildiyi halda edib. Ona görə də ustad Dəmirçinin həyatına qarşı planın olduğuna dair şübhələr artıb.

Faktaraşdırıcı qrup baş verənləri təcrübəli həkimlərlə də danışdıqdan sonra qəti şəkil elan edir ki, ustad Həsən Dəmirçinin xəstəxanaya yerləşdirilməsi və müalicə prosesində baş verənlər onun fiziki olaraq sıradan çıxarılmasına yönəlib.

Sonda bu hadisə ilə əlaqəli olan hər kəsə, o cümlədən kəşfiyyat və təhlükəsizlik qüvvələri, həmçinin ölkənin yüksək rütbəli vəzifəli şəxslərinə ciddi xəbərdarlıq olunur ki, cənab Həsən Dəmirçi haqqında bu çirkin əməl baş tutarsa, onu Azərbaycan Milli Hərəkatı fəallarına qarşı edilən səssiz terrorlar kimi gizlədə bilməyəcəklər.

Bir qrup Azərbaycan Milli Hərəkatı fəalı”
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed