Şrift:
Azərbaycan Banklar Assosiasiyasında pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb
08.06.2018 [10:12] - Gündəm, İqtisadiyyat
Azərbaycan Banklar Assosiasiyasında (ABA) pul siyasəti alətləri ilə bağlı müzakirələr aparılıb.

ABA-dan bildiriblər ki, Assosiasiyanın Xəzinədarlıq və Fondların İdarə Olunması üzrə Ekspert Qrupu üzvlərinin müraciəti ilə Mərkəzi Bankın bazar əməliyyatları departamentinin direktoru Əli Əhmədovla görüş keçirilib. Görüşdə suallar əsasən not hərracları, repo əməliyyatları, banklararası bazarın inkişaf etdirilməsi, notların buraxılış müddəti məsələləri ilə bağlı olub.

Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.
Bu xəbər oxucular tərəfindən 14 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed