Şrift:
Natiq Zeynalov: Milli Atçılıq Festivalı ölkəmizdə idmanın bu növünün inkişafına mühüm töhfə verir
08.06.2018 [10:22] - Xəbərlər, İdman
Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku” turniri maraqlı idman mübarizəsi şəraitində keçir. Turnir yüksək səviyyədə təşkil olunub və yarışlara maraq çox böyükdür.

Bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Cümhuriyyətin 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirində mübarizə aparan “Omar” klubunun təsisçisi Natiq Zeynalov müsahibəsində deyib.

Turnirdə növbəti qələbəsini qazanaraq finala yüksələn “Omar” komandasının çempionluğa iddialı olduğunu vurğulayan N.Zeynalov bildirib: “100 İllik Yubiley Kuboku” yüksək səviyyədə davam edir. Biz növbəti qələbəmizi qazandıq. Demək olar ki, turnirin ən təcrübəli oyunçuları bizim komandadadır. Bizim İrlandıyada təhsil almış oyunçularımız var. Məhz belə güclü çaparlarımızın sayəsində final mərhələsinə yüksəldiyimiz üçün çox sevinirəm. Finaldakı rəqibimiz “Sərhədçi” komandasıdır. Ümid edirik ki, finalda da qalib gəlib “100 İllik Yubiley Kuboku”na sahib olacağıq”.

Ölkəmizdə atçılıq idmanının inkişafında ARAF-ın fəaliyyətini xüsusi qeyd edən N.Zeynalov Federasiyanın bu istiqamətdə mütəmadi tədbir və yarışlar təşkil etdiyini bildirib. O, turnirin yüksək səviyyədə təşkilinə görə ARAF-ın rəhbərliyinə minnətdarlığını ifadə edib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan Milli Atçılıq Festivalı ölkəmizdə idmanın bu növünün inkişafına və təbliğinə mühüm töhfə verir.
Bu xəbər oxucular tərəfindən 469 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed