Şrift:
Şəmkirin Qaracəmirli kəndində uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
08.06.2018 [10:29] - Gündəm, Sosial
Şəmkir rayonunun Qaracəmirli kəndində yerləşən körpələr evi-uşaq bağçası “BP Azerbaijan” şirkətinin dəstəyi ilə əsaslı təmir və yenidənqurmadan sonra körpələrin istifadəsinə verilib.

Açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bağçada uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq üçün hər cür şəraitin yaradıldığını bildirib.

İcra hakimiyyətinin başçısı qeyd edib ki, bu gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uşaqlara xüsusi diqqət və qayğı göstərməsi ulu öndər Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir.

“BP Azerbaijan” şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxışında bildirib ki, bu cür layihələrin icra edilməsi, ümumilikdə, uşaqların sosial müdafiəsinin gücləndirilməsində, onların bilikli, savadlı və intellektual şəxsiyyət kimi formalaşmasında vacib rol oynayır.

Vitse-prezident belə layihələrin bundan sonra da davam edəcəyini bildirib.

Əsaslı təmir olunan, müasir tələblərə cavab verən binada uşaqların təlim-tərbiyəsi, ilk yaşlarından intellektual, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb, otaqlar bütün zəruri ləvazimat və təlim avadanlıqları ilə təchiz edilib.

Sonda mərasim iştirakçıları bağçada uşaqlar üçün yaradılmış şəraitlə tanış olublar.
Bu xəbər oxucular tərəfindən 590 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed