Şrift:
“Azəriqaz” “ASAN xidmət” vasitəsilə 93 min 300-dək istehlakçıya xidmət göstərib
08.06.2018 [10:33] - Xəbərlər, İqtisadiyyat
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi bu il “ASAN xidmət” vasitəsilə 93 min 227 istehlakçıya xidmət göstərib.

Birlikdən bildirilib ki, “Azəriqaz” cari ilin yanvar-may ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Bu ilin 5 ayı ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “ASAN səyyar” xidmətinə, bundan əlavə Bərdə, Sabirabad, Masallı, Qəbələ, Quba, Mingəçevir, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə ümumilikdə 93 min 227 müraciət daxil olub və bu müraciətlərin icrası tam təmin olunub.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 544 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed