Şrift:
Mayk Pompeo: “İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcəyik”
08.06.2018 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Amerikanın dövlət katibi Mayk Pompeo iyunun 6-da şəxsi “Twitter” səhifəsində yaydığı bir yazıda, İran rəsmilərinin uranı yüksək səviyyədə zənginlədirməyə başladıqları barədə son bəyanatlarına münasibət bildirib.

Pompeo deyib ki, Vaşinqton İranın atom bombasına yiyələnməsinin qarşısını alacaq: “Biz, İranın nüvə silahı istehsal etməsinə imkan verməyəcəyik. İranın bizim iradəmizdən xəbəri var. Uranın yüksək səviyyədə zənginləşdirilməsi ilə bağlı fəaliyyətin başlanmasına gəlincə, bu, İran sərvətlərinin ağılsızcasına boş yerə hədər verilməsindən bir nümunədir. Məhz buna görə də, heç kəs İranda kütləvi etirazların davam etməsindən təəccüblənməməlidir”.

Xatırladaq ki, iyunun 4-də İranın dini lideri Əli Xamneyi, ölkənin Atom Enerjisi Təşkilatına, uranın yüksək səviyyədə zənginləşdirilməsinə və bunun üçün Nətənz təsisatında 190 min SWU-nun icad olunması üçün fəaliyyətə başlaması xüsusunda tapşırıq verib: “Avropalı ölkələrin bizdən istədiyi odur ki, həm ölkəmizə qarşı tətbiq edilmiş sanksiyalar qüvvədə qalsın, həm də bizə qoyduqları nüvə qadağaları. Lakin onların bu dolaşıqlı yuxusu çin olmayacaq. Çünki, İran milləti və hökumət, onun nüvə fəaliyyəti məhdudlaşdırıldığı bir vaxtda həm də sanksiyalara məruz qoyulmasına dözməyəcək”.

İyunun 5-də isə İranın Atom Enerjisi Təşkilatının rəisi Əli Əkbər Salehi jurnalistlərə açıqlamasında uranın zənginləşdirilməsinə başlanması ilə bağlı Xamneyinin tapşırığının icrasına baladıqlarından danışıb: “Bu gündən, ölkə liderinin tapşırığının icrasına, Nətənz nüvə təsisatında yeni sentrifuqların istehsalına başlayacağıq. Hesab edirik ki, ölkəmizə qarşı tətbiq edilən sanksiyalar qüvvədə ola-ola, nüvə sazişinin (“Bərcam”ın) icrası mümkün deyil. Biz, sazişin icrası ilə bağlı üzərimizə götürdüyümüz öhdəliklərə əməl edirik. Lakin nöqsanlı bir razılaşmanı qəbul edə bilmərik. Bu bizim ciddi mövqeyimizdir”.
Bu xəbər oxucular tərəfindən 22 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed