Şrift:
Bir qrup azərbaycanlı fəal yenicə həbsdən çıxmış Musa Sudinin görüşünə gedib
08.06.2018 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir qrup azərbaycanlı fəal Təbrizin Mərkəzi Zindanından yenicə azadlığa buraxılmış Musa Sudinin görüşünə gedib.

Görüş iyunun 6-da milli-mədəni fəalın evində baş tutub.

Fəallar M.Sudinin azadlığa buraxılmasını təbrik edib, Güney Azərbaycanda gedən ictimai-siyasi proseslər haqda söhbət aparıblar.

M.Sudi ədalətsizcəsinə məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkdikdən sonra iyunun 4-də həbsxanadan sərbəst buraxılıb.

2017-ci il dekabrın 16-da həbs edilən M.Sudi Təbrizin “Traxtur” futbol komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” komandası arasında keçirilən görüşdə saxlanılıb, o “sistemin əleyhinə təbliğ” kimi qondarma ittihamla üzləşərək məhkəmə tərəfindən həbs cəzasına məhkum edilmişdir.
Bu xəbər oxucular tərəfindən 27 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed