Şrift:
Azərbaycan qazını Avropaya nəql edəcək əsas marşrut 2013-cü ilin mayında seçiləcək
04.07.2012 [12:53] - İqtisadiyyat
“Şahdəniz-2” layihəsi çərçivəsində çıxarılacaq Azərbaycan qazının Avropaya nəqli üçün əsas qaz marşrutunun seçimi 2013-cü ilin may ayında başa çatacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, “Şahdəniz” konsorsiumunun qərarı ilə SEEP layihəsindən imtina olunub: “İndi biz yalnız TAP və “Nabucco West” arasında seçim etməyə konsentrasiya olmuşuq”.

R.Abdullayev deyib ki, seçimdən sonra “Şahdəniz” konsorsiumu seçdiyi marşrutdan pay da alacaq. O, alınması planlaşdırılan payın həcmini açıqlamayıb: “Bu pay boru kəmərinin idarə edilməsi üçün yetərli qədər olacaq”.
Bu xəbər oxucular tərəfindən 878 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed