Şrift:
AMEA-nın yeni Rəyasət Heyəti seçilib - SİYAHI
09.06.2018 [10:35] - Gündəm, Sosial
İyunun 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirlib.

Yığıncaqda Rəyasət Heyətinin yeni tərkibi seçilib.


Seçkilərin nəticəsinə əsasən, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Dilqəm Tağıyev, Nərgiz Paşayeva və İradə Hüseynova AMEA-nın vitse-prezidentləri, akademik Rasim Əliquliyev AMEA-nın akademik-katibi seçiliblər.

Bundan başqa, akademik Nazim Məmmədov AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin, akademik Fəxrəddin Qədirov Yer Elmləri Bölməsinin, akademik Əhliman Əmiraslanov Biologiya və Tibb Elmlər Bölməsinin, akademik Teymur Kərimov Humanitar Elmlər Bölməsinin və akademik Nərgiz Axundova İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrinə seçiliblər.

AMEA-nın Naxçıvan Bölməsinin sədri vəzifəsinə akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri vəzifəsinə akademik Fuad Əliyev seçiliblər. AMEA-nın müxbir üzvü Bilal Bilalov isə AMEA Rəyasət Heyəti üzvü vəzifəsini icra edən təyin edilib.
Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed