Şrift:
Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti bərpa edilir - Mixail Zabelin YENİ XƏBƏR verdi
09.06.2018 [10:38] - Gündəm, Diaspor
Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) fəaliyyətini yenidən bərpa edəcək.

Bu barədə Milli Məclisin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin məlumat verib.

O bildirib ki, Ümumrusiya Azərbaycan Konqresi sentyabrda yenidən fəaliyyətinə davam edəcək.

“Artıq bununla bağlı işlər aparılır. Ümid edirik ki, təşkilat sentyabrdan fəaliyyətə başlayacaq”.


Qeyd edək ki, 2017-ci ilin mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə qərar qəbul edib. Bu qərar Azərbaycanda rəsmi və qeyri-rəsmi dairələrin etirazı ilə qarşılanmışdı.


Ümumrusiya Azərbaycan Konqresi 2001-ci ildə yaradılıb.
Bu xəbər oxucular tərəfindən 1769 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed