Şrift:
“Traxtur” klubu oyunçu transferi ilə bağlı yayılan xəbəri yalanladı
09.06.2018 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol klubu Tehranın “İstiqlal” komandasının müdafiəçisi Vərya Qəfurinin komandaya cəlb olunması ilə bağlı yayılan xəbərləri təkzib edib.



Bu barədə adının açıqlanmasını istəməyən “Traxtur” klubunun rəsmisi “Təsnim” xəbər agentliyinə danışıb.



“Belə şayiələrin hardan qaynaqlandığını bilmirəm. “Traxtur” klubu “İstiqlal”ın müdafiəçisi ilə heç bir müzakirə aparmayıb, belə bir şey indi də gündəmdə yoxdur”- deyə o bildirib.



Bundan əlavə, V.Qəfuri özü də “İstiqlal”dan ayrılmaq fikrində olmadığını dəfələrlə bildirib. Birinci, ikinci və üçüncü prioritetinin “İstiqlal” klubu olduğunu deyən futbolçu bu klubla müqavilə müddətinin uzadılacağını gözləyir.



Bu arada “Traxtur” klubunun yaxın günlərdə yeni baş məşqçi ilə fəaliyyətə başlamağı planlaşdırdığı bildirilir. Bu məqsədlə artıq klubun sahibi Məhəmmədrza Zenuzinin nümayəndəsi Türkiyədə nəzərdə tutulan baş məşqçilərlə müzakirələr aparır.



Klubun nəzərdə tutduğu baş məşqçilərin adı rəsmi şəkildə açıqlanmasa da, əsas seçənəklərin “Bayern Munchen”in keçmiş baş məşqçisi Filiks Maqat, Yaponiya milli komandasının keçmiş baş məşqçisi Ziko və “Real Madrid”in keçmiş baş məşqçisi Con Toşakdan ibarət olduğu bildirilir.



Mətbuatda yayılan məlumatlara görə, Təbriz klubunu çalışdıracaq baş məşqçinin kimliyi bir həftə ərzində məlum olacaq.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed