Şrift:
Professor Ziya Sədrül-Əşrafi: “Fars dili elmi dil deyil, bu dildə yalnız 200 feil var” (video)
09.06.2018 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bugünkü İran coğrafiyasındakı dillərin tarixini araşdıran professor Ziya Sədrül-Əşrafi fars dilinin elmi dil olmadığını bildirərək bu dilin bəzi zəif tərəflərindən söz açıb.



O bu barədə ötən günlərdə BBC-Farsi telekanalının “Pərqar” verilişində çıxış edib.



“Fars dili elmi dil deyil. Bu dillə elm və texnologiya haqda məlumatı dəqiq çatdırmaq mümkün deyil. Biz elm və texnologiya dövründə yaşayırıq. Fars dili dünyanın elmi dilləri, o cümlədən ingilis dili ilə heç bir şəkildə rəqabət apara bilməz”- deyə o qeyd edib.



Güney azərbaycanlı araşdırmaçı alim fars dilinin qısır olduğuna işarə edərək bildirib ki, “Fars dilində bu dilə aid yalnız 200 feil var. Mənim 93 ildir boğulmuş ana dilimdə (türk dili nəzərdə tutulur) isə 9 min feil var. Bu rəqəm Fransız dilində 15 mindir.”



Prof. Z.Sədrül-Əşrafi türklərin ədəbi eposu kimi Manas dastanının dünya ədəbiyyat xəzinəsinin ən önəmli əsəri olduğunu da diqqətə çatdırıb. O sözlərinin davamında ana dilində təhsil məsələsinə də toxunub. “Uşaq zülmə məruz qalmasın deyə, o əlifbanı ana dilində öyrənməlidir. Ana dilini öyrənmək insan hüququdur. Türk dili ilə birlikdə fars dilini də bir vasitə və ortaq dil kimi öyrənmək olar”- deyə o vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 80 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed