Şrift:
Donald Tramp və Kim Çen İn Sinqapur görüşünün yekunlarına dair sənəd imzalayıblar
12.06.2018 [10:21] - Xəbərlər, Siyasət
ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar.

Donald Tramp görüşə görə Kim Çen İnə təşəkkür edib və görüşün əhatəli olduğunu qeyd edib.

"Çox vacib, əhatəli sənəd imzalayırıq. Biz daha artığını etmək istəyirik. Bu tarixi sənədin imzalanması yeni başlanğıc haqqında xəbər verir. Böyük dəyişikliklər görəcəyik", - D.Tramp sənədin imzalanmasından sonra bildirib.

Jurnalistlərin Kim Çen İni Ağ evə dəvət etməklə bağlı sualına ABŞ prezidenti "Əlbəttə, dəvət edəcəyəm" deyib.
Bu xəbər oxucular tərəfindən 85 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed