Şrift:
Azərbaycan BMT-yə hesabat təqdim edəcək
13.06.2018 [10:27] - Gündəm, Siyasət
"Azərbaycan BMT ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb".

Bbunu BMT - Azərbaycan tərəfdaşlığı çərçivəsində İstiqamətləndirici Komitənin iclasında iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

O, Azərbaycanın BMT-nin beynəlxalq çağırışlarına qoşulduğunu xatırladıb: "Növbəti il Azərbaycan BMT-yə hesabatını təqdim edəcək. Bu könüllü milli hesabatdır və BMT-nin yüksəksəviyyəli siyasi forumu üçün olacaq. "2016-2020-ci illərdə BMT- Azərbaycan Tərəfdaşlıq Çərçivəsi Sənədi" ilə münasibətlər yeni mərhələyə qədəm qoyub. Bu sənədə əsasən, BMT-nin 72 mln. dollar vəsait ayırması gözlənilir. Bunun 18 mln. dolları bu il cəlb ediləcək".
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed