Şrift:
Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Azərbaycana gəlib
13.06.2018 [10:43] - Türk dünyası-Turan
Qazaxıstan prezidentinin Dəftərxana rəhbəri Mahmud Kasımbekovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

"Qazaxıstan nümayəndə heyəti Azərbaycan Prezidenti Administrasiyasının dəvəti ilə Bakıdadır. Bundan əlavə, keçən ay Astanada Heydər Əliyevin 95 illiyinə həsr olunmuş qazax dilində kitab təqdim olunub. Analoji tədbir sabah Bakıda keçiriləcək. "Nursultan Nazarbayev. Bioqrafiya" kitabının təqdimatı olacaq", - M.Kasımbekov bildirib.

Qeyd edək ki, Qazaxıstan nümayəndə heyətinin tərkibinə həmçinin respublikanın mədəniyyət və idman naziri Arıstanbek Muxamediulı, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali və başqaları daxildir.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed