Şrift:
London Suriyaya dair qətnaməyə güc tətbiqi maddəsini daxil etmək istəyir
05.07.2012 [10:26] - Xəbərlər
Böyük Britaniya Suriyaya dair qətnaməyə «sülhə təhlükə yaradan hərəkətlər, sülhün pozulması və təcavüz aktları» hallarında hərbi güc tətbiq olunması maddəsini daxil etmək istəyir. Bu barədə BBC xəbər yayıb.
BBC analitiklərinin fikrincə, bu halda Suriyada hadisələr Liviya və ya İraq ssenarisi üzrə davam edə bilər. London öz təklifində BMT nizamnaməsinin 7-ci maddəsinə istinad edir.
Londondakı mənbənin İTAR-TASS-a verdiyi məlumata görə isə, qətnamə artıq gələn həftə səsverməyə çıxarıla bilər. Mənbə qətnamədə güc tətbiqindən yox, sanksiyalardan söz açıldığını bildirib.
Bu xəbər oxucular tərəfindən 1042 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed