Şrift:
FED uçot dərəcəsini artırdı - Dollar bahalaşacaq?
14.06.2018 [10:10] - Gündəm, İqtisadiyyat
Bu gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,75- 2,0 faizədək artırıb.

Qeyd edək ki, bundan əvvəl FED martın 21-də uçot dərəcəsini artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.
Bu xəbər oxucular tərəfindən 53 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed