Şrift:
Əbdürrəhim bəy Haqverdiyevin “Kimdir müqəssir?!” tamaşası ötən gün göstərilib.
14.06.2018 [12:22] - Gündəm, Afişa
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ötən gün tamaşa ilə çıxış etdi. Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında rejissor Elşən Zeynallının quruluş verdiyi “Kimdir müqəssir?!” tamaşasının premyerası Dövlət Gənc Tamaşaçılar Teatrının binasında baş tutdu. Tamaşa çox maraqla qarşılandı.
Tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.
Rolları Bakı Uşaq Teatrının aktyorları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əli Qulu Səmədov və başqaları ifa edirlər.
Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.
Bu xəbər oxucular tərəfindən 198 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed