Şrift:
Azərbaycan bayrağı Səhənd yüksəkliklərində qaldırıldı
20.06.2018 [13:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Səhənd yüksəkliklərinin “Qoç gölü” zirvəsində Azərbaycan bayrağı dalğalandırılıb.

Məlumata görə, bir qrup azərbaycanlı alpinist “Qoç gölü” zirvəsini fəth etdikdən sonra orada Azərbaycan bayrağı qaldırıb, ona sevgi və hörmətlərini nümayiş etdiriblər.

Hadisə ötən günlərdə baş verib.

“Qoç gölü” Səhənd silsilə dağlarının ən gözəl zirvələrindən biridir. Dəniz səviyyəsindən 3750 metr hündürlükdə yerləşən “Qoç gölü” zirvəsi səhənd silsilə dağlarının ən hündür zirvəsidir, bura alpinistlər arasında “Qoç dağı” adlanır.

Adını çəkdiyimiz zirvə İranıq və Mətəng kəndlərinə gedən yolun sonunda yerləşir.
Bu xəbər oxucular tərəfindən 404 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed