Şrift:
Makıda keçirilən futzal yarışında milli şüarlar səsləndirilib
20.06.2018 [13:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Kürd terror qruplaşmaları tərəfindən təhdid edilən Güney Azərbaycan şəhərlərində tez-tez milli şüarlar səsləndirilir.

Bu dəfə Qərbi Azərbaycan Əyalətində yerləşən sərhədyanı şəhər Makıda milli şüarlar səsləndirilib.

Məlumata görə, Rəməzan kuboku çərçivəsində Vəliəsr stadionunda keçirilən futzal yarışında tamaşaçılar gur səslə “Azərbaycan, Azərbaycan”, “Yaşasın Azərbaycan” və s. kimi şüarlar səsləndiriblər.

Yarış iyunun 17-də iki yerli komanda arasında keçirilib.

Oyunun videosu fəallardan biri tərəfindən GünAz TV-yə göndərilib. Həmin şəxs oyun boyu tamaşaçıların milli şüarlar səsləndirdiyini bildirib.

Bundan əvvəl oxşar şüarlar Sulduzda keçirilən futzal yarışında verilib. Ötən günlərdə keçirilən futzal yarışında kürdləri təmsil edən komandanın tərəfdarları azərbaycanlılara qarşı hücuma keçib, onları nalayiq küçə söyüşləri ilə söyüblər. Onlar hətta sulduzlu soydaşlarımıza tərəf bir çox əşya, o cümlədən butulka və daş atıb, türklərin ünvanına təhqiramiz söyüşlər səsləndiriblər. Azərbaycanlı futzal tamaşaçıları bu təhqirlərə “Azərbaycan, Azərbaycan” və “Yaşasın Azərbaycan” şüarları ilə qarşılıq verib.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed